Prezident iki sazişi təsdiq etdi

Prezident iki sazişi təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.

X X X

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.