“Litva təhlükəsizliyi yaxşılaşdırmaq üçün Belarusla sərhəddə qurudulmuş bataqlıqların bərpası imkanlarını nəzərdən keçirir”.
Globalinfo.az xəbər verir ki, bunu bataqlıqların bərpası və mühafizəsi fondunun direktoru Nerijus Zableckis “LRT” radiosuna deyib.
O bildirib ki, rayon bir vaxtlar kifayət qədər bataqlıq ərazi olub:
“Sərhəd zonasında təxminən 60 min hektar bataqlıq var idi, lakin onun yarıdan çoxu qurudulmuşdu. Onların bərpası on il çəkəcək və bir hektar bataqlıq 500-2000 avroya qiymətə başa gələcək”.
Qeyd edək ki, bu həftə Litva qoşunları Belarusla sərhəddəki keçid məntəqələrində “əjdaha dişləri” quraşdırıblar. “Šumskas” – “Loša”, “Lavoriškės” – “Kotlovka”, “Medininkay” – “Kamenny Log” keçid məntəqələrində beton maneələr, tikanlı məftillər və dəniz konteynerləri peyda olub.
Əliyar Xəlil
Globalinfo.az














