ABŞ Rusiya və MDB ölkələrinin ərazisində teraktların təşkili üçün İŞİD və Əl-Qaidə döyüşçüləri ilə aktiv iş aparır.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.
“Xüsusi diqqət Şimali Qafqaz və Mərkəzi Asiyadan olan şəxslərlə əməkdaşlığa ayrılır. Bu ilin yanvarında Yaxın Şərqdə döyüş təcrübəsi olan 60 terrorçu seçilib. Hazırda onlar ABŞ-ın Suriyadakı Ət-Tanf bazasında sürətləndirilmiş hazırlıq kursları keçirlər. Onlara burada əldəqayırma partlayıcı qurğular hazırlamaq, eləcə də diversiya fəaliyyəti aparmaq üsulları öyrədilir. Yaxşı mühafizə edilən obyektlərə, eləcə də xarici diplomatik missiyalara hücumların planlaşdırılmasına xüsusi diqqət ayrılır”, – məlumatda bildirilib.
Rusiya Xarici Kəşfiyyat Xidməti yaxın zamanlarda bu döyüşçülərin kiçik qruplar şəklində Rusiya və MDB ölkələri ərazisinə yerləşdiriləcəyini qeyd edib:
“Onların qarşısına diplomatlara, dövlət işçilərinə, hüquq mühafizə orqanları əməkdaşları və ordunun şəxsi heyətinə qarşı teraktların təşkili hədəfləri qoyulacaq. Amerikalıların fikrincə, onlar müvafiq işi beynəlxalq terror qruplaşmaları sayılan Hizb ut Təhrir, Camaat Ənsərulla, Özbəkistan İslam Hərəkatının yerli hücrələri ilə qarşılıqlı fəaliyyətdə həyata keçirməlidirlər”.
İlkin Həsənov
Globalinfo.az













