“Postçular” da Qarabağdan qaçdılar – Onlar kimdir?

Qarabağda çağırış yaşındakı kişilər kütləvi şəkildə bölgəni tərk edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni bloger Karen Şirinyan danışıb.

“Mən “qurumları” xəbərdar edirəm. Necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, ancaq bu “postçular” (qanunsuz birləşmələrin postlarda xidmət apardıqları nəzərdə tutulur) gedirlər?”, – bloger bildirib.

O həmçinin bu insanların xəstə olmadıqlarını, sadəcə regiondan qaçdıqlarını vurğulayıb.

Bloger vurğulayıb ki, müharibə dövründə də belə hallar yaşanıb, həmin vaxt da bəzi erməni kişilər arvadlarının ətəyi altına gizlənərək qaçıblar və İrəvanda əyləniblər.

Tamerlan Yayaqan
Globalinfo.az