Portuqaliyada keçirilən aviaşouda iki Sovet “Yak-52” təyyarəsi toqquşub.
Globalinfo.az xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində İspan əsilli pilot ölüb, portuqaliyalı pilot isə ağır yaralanıb.
Portuqaliya Hərbi Hava Qüvvələrinin 72-ci ildönümü münasibətilə keçirilən tədbir qəza səbəbindən ləğv edilib.
Qeyd edək ki, bu təyyarələrin 1983-cü ildə istehsal edildi bildirilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az














