Portuqaliyada funikulyor faciəsi: ölənlər var

Portuqaliyada funikulyor faciəsi: ölənlər var

Portuqaliyanın paytaxtı Lissabonda funikulyor vaqonu relsdən çıxıb.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində iyirmiyədək sərnişin xəsarət alıb, 3 nəfər həlak olub.

Yanğınsöndürmə xidməti ölü sayının artacağını istisna etmir. Bildirilir ki, qəza nəticəsində vaqon tam yararsız hala düşüb.