“Ən-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.
Globalinfo.az bildirir ki, bu barədə Portuqaliya millisinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.
Portuqaliya yığması iki turdan sonra altı xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldo yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.














