0d639c91 5bb3 3e0b b1c6 2ffa1c6f7b5b 850

“BMT Ukrayna üzrə danışıqlar platformasına çevrilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski deyib.

O bildirib ki, təşkilat katibliyinin münaqişə ilə bağlı göstərdiyi ikili standartlar BMT-nin Ukrayna böhranının həllində hər hansı mühüm rol oynaya biləcəyinə inamı sarsıdır.

“BMT-də Ukraynadakı münaqişənin müəyyən mərhələdə sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparıla bilər. Ancaq hələlik bu məsələdə irəliləyiş yoxdur. Bu, həm Kiyevin, həm də Qərbin sözügedən mövzuda danışıqlar aparmaq istəməməsi ilə bağlıdır. Münaqişənin həlli üçün formul hələ hazırlanmadığı üçün BMT sülhməramlılarının mümkün iştirakı qeyri-müəyyən məsələdir”, – deyə Polyanski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: