İsrail Livan ərazisini qadağan olunmuş fosfor mərmiləri ilə atəşə tutub.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Livanın dövlət agentliyi “NNA” məlumat yayıb.
Qeyd olunur ki, İsrail döyüş təyyarələri Kəfra, Bəraşit və Səfəd əl-Bətih şəhərlərinə hücumlar həyata keçirib.
Livan mediasının məlumatına görə, Bint Jbeil bölgəsindəki Quneytra və Beyt Yahun şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən istifadə edilərək artilleriya atəşinə tutulub.