NATO-Rusiya müharibəsi hələ ki olmayacaq, amma bu savaş mütləq baş tutacaq.
Globalinfo.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında rusiyalı siyasətçi Dmitri Svidirov paylaşıb.
“Bütün tərəflər cəhənnəm qapısını açmağa çalışırlar. Polşaya bu raketlər haradan gəldi? Raketlər uçanda hər zaman situasiyanı provokasiya və öz şəxsi ambisiyaları üçün istifadə edənlər tapılır.
Məsələ ondadır ki, Ukrayna konflikti hər kəsə faydalıdır. Ən böyük problem də odur ki, Rusiya-NATO savaşından udan ölkələr var. Bu ölkələr alyans üzvü deyillər, onlar dünya liderliyinə iddia edirlər və onlara Rusiya ilə NATO-nun zəifləməsi sərfəlidir. Raket Polşaya məhz Ukraynada konfliktin dondurulması ilə bağlı söhbətlər ortaya çıxanda atıldı. Görünür, bu, hər kəsi qane edir”, – o bildirib.
İlkin
Globalinfo.az














