“Avropa gürcü xalqını müdafiə etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski Gürcüstan prezidentinin seçkiləri tanımamasını şərh edərkən deyib.
“Gürcüstan prezidenti dedi ki, parlament seçkiləri saxtalaşdırılıb. İndi Avropa gərək gürcü xalqını müdafiə etsin”, – o bildirib.
Qeyd edək ki, Zurabişvili dünən parlament seçkilərinin nəticələrini tanımadığı bildirib. O bu seçkilərin Gürcüstanı Rusiyaya apardığını bildirib. Prezident həmçinin xalqı parlament önündə aksiyalara çağırıb.
Əliyar Xəlil
Globalinfo.az