Polşadan Rusiya ilə bağlı addım: Sərhəddə nə baş verir?

Polşadan Rusiya ilə bağlı addım: Sərhəddə nə baş verir?

Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib.

O bildirib ki, Polşa “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə start verib.

“Şərq Qalxanı” Müdafiə Nazirliyi və Polşa Ordusunun Baş Qərargahı tərəfindən hazırlanan və Polşanın Rusiya və Belarusla sərhədlərində müxtəlif növ istehkamların, relyef maneələrinin və hərbi infrastrukturun tikintisini nəzərdə tutan proqramdır. Təxminən 800 kilometr uzunluğundadır və  layihənin təqdimatı bu ilin may ayında keçirilib. 2024-2028-ci illəri əhatə edəcək layihəyə  10 milyard zlot (təxminən 2,5 milyard ABŞ dolları) sərf olunacaq. Hökumət Belarus və Rusiyadan gələn təhdidlərə qarşı dayanmaq üçün NATO-nun şərq cinahında hərtərəfli müdafiə infrastrukturunun qurulmasına sadiqdir. Məqsəd Polşa ordusunun sərhədi müdafiə etməsini mümkün qədər asanlaşdırmaq, digər tərəfdən isə potensial təcavüzkarın ölkə ərazisinə keçməsini çətinləşdirməkdir”, – deyə Tusk vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az