Polşa Ukraynaya F-16 verməyəcək – SƏBƏB

Polşa Ukraynaya F-16 verməyəcək – SƏBƏB

“Polşa hökuməti Ukraynaya ölkədəki bütün MiQ-29 qırıcılarını verib”.

Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

Onun sözlərinə görə, Varşava Kiyevə F-16 təyyarələrini verməyə hazır deyil.

Duda Polşada F-16 ehtiyatının yetərli qədər olmadığını söyləyib.

Qeyd edək ki, Polşa Ukraynaya ən çox yardım edən ölkələrdən biridir. O, siyahıda 3-cü yerdə qərarlaşır.

İlkin Həsənov
Globalinfo.az