Erməni polkovnik qəribə şəkildə “yaralandı”

Ermənistanda 44 günlük müharibə zamanı döyüş meydanından qaçan polkovnik mühakimə olunacaq.

Globalinfo.az xəbər verir ki, 2020-ci ilin oktyabrın 3-də Hadrudun Tuğ kəndində yerləşən hospitala 18-ci atıcı diviziyanın komandirinin müavini, polkovnik Manuk Badalyan sağ dizində travma olmasını bildirərək müraciət edib.

Belə ki, polkovnikin olduğu maşın minaya düşüb, lakin o, xəsarət almayıb. Buna rəğmən ağır yaralanması iddiası ilə xəstəxanaya gedib, ayağının şiş hissəsinə çoxlu yod və başqa məhlullar tökərək sarıyıb. Nəticədə həmin nahiyə məhlulların təsirləri ilə yanıb. Polkovnik yaralı olduğunu əsas gətirərək döyüş meydanına qayıtmayıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Ayşən Mustafa
Globalinfo.az