Yalan deyirsiniz, Rusiya o silahı bizə verməyib – Politoloq

“Rusiya silahlarının Ermənistana göndərilməsi inandırıcı deyil, çünki Kremlin özünün silaha ehtiyacı var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Qraçya Arzumanyan deyib.

O deyib ki, Rusiya Şimali Koreya, İrandan silah aldığı bir məqamda Ermənistana silah verə bilməz:

“Ermənistan Müdafiə Nazirliyinin bəyanatına gəlincə, təəssüf ki, onların sözlərinə inanmıram. Gəlin, bir az gözləyək. Ola bilər, yarım il sonra bu məsələlərə yenidən qayıdaq, amma indi bu mövzuya toxunmağın mənası yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az