Polisə Yun Sok Yolu həbs etmək hüququ verildi

Polisə Yun Sok Yolu həbs etmək hüququ verildi

Cənubi Koreya polisinə Prezident Yun Sok Yolu həbs etmək icazəsi verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, prezident barəsində həbs qərarının icrasını Milli İstintaq Departamentinə təhvil verib.

Onu da qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi Koreya Respublikasının Milli Polis Agentliyinin bir hissəsidir.