Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib.
Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.














