Bir müddət əvvəl Abşeron rayonu Saray qəsəbəsi Badamlıq adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına xəsarət yetirib Türkiyəyə qaçan şəxs həbs edilib.
Globalinfo.az bildirir ki, hadisədən sonra Türkiyəyə gedən Şəmkir rayon Könüllü kənd sakini, 1992-ci il təvəllüdlü Ruslan Qasımov ölkəyə qayıdarkən aeroportda saxlanılıb. Məlum olub ki, onun barəsində Abşeron Rayon Polis İdarəsi tərəfindən 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş açılıb və axtarışdadır.
Belə ki, bir müddət əvvəl Ruslanın anası polisə şikayət edərək oğlunun onu döydüyünü, öldürəcəyi ilə hədələdiyini bildirib. Bundan sonra Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Z.Z polis serjantı ilə birgə həmin ünvana gedib. Bu zaman Ruslan evdən çəngəl götürərək müqavimət göstərib və polis kapitanına yüngül xəsarət yetirib. Daha sonra o, qaçaraq uzaqlaşıb. Bu hadisədən sonra Ruslanın anası Təranə Qasımova vəfat edib.
R.Qasımov barəsində açılmış cinayət işinə bu ilin dekabr ayında Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə onun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.
Zaira
Globalinfo.az