doymek

Gəncədə 22 yaşlı qız öldürülüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Səməd Həsənlinin 2003-cü il təvəllüdlü qızı Leyla Həsənlini döyərək öldürdüyü bildirilir.

Hadisəni törədməkdə şübhəli bilinən Səməd Həsənli polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

Paylaş: