Polis içində FETÖ yuvası: 13 əməkdaşa cinayət işi açıldı

Polis içində FETÖ yuvası: 13 əməkdaşa cinayət işi açıldı

Türkiyədə FETÖ-nün polis sıralarındakı gizli şəbəkəsinə qarşı İstanbul mərkəzli 14 vilayətdə keçirilən əməliyyat çərçivəsində saxlanılan 21 nəfərdən 11-i məhkəmə qərarı ilə həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun apardığı istintaq nəticəsində 13-ü aktiv polis əməkdaşı olmaqla ümumilikdə 21 nəfər saxlanılmışdı. Onlardan 7-si “səmimi etiraf” çərçivəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qalan 14 nəfər tibbi müayinədən sonra Çağlayan İstanbul Ədliyyəsinə aparılıb. Onlardan 13 nəfəri, o cümlədən 10 aktiv polis əməkdaşı barəsində həbs, 1 nəfər barədə isə ev dustaqlığı tələbi ilə növbətçi hakimliyə təqdim olunub.

Məhkəmə, 10-u hazırda vəzifədə olan əməkdaşlar da daxil olmaqla, 11 nəfərin həbs olunmasına qərar verib. 1 nəfərə ev dustaqlığı, digər 2 şəxsə isə məhkəmə nəzarəti tətbiq edilib.

Aysel Əliyeva
Globalinfo.az