“PKK ya öz istəyi ilə gedəcək, ya da…” – Fidan

hakan fidan

“PKK-dan silahları yerə qoymağı və bölgəmizdə normal vəziyyətə qayıtmaq üçün əngəl olmamalarını gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman Al Sani ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Suriyada İŞİD necə sıradan çıxdısa, PKK da çıxacaq. Bu, ya öz istəyi ilə, sülh içində olacaq ya da başqa yolla gedəcəklər”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az