f35

İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub.

Globalinfo.az xəbər verir ki, Fars agentliyinin bir müddət öncə yaydığı məlumata əsasən, İranın hücumunun ilk dalğasında raketlərin ən azı 80%-i İsraildəki hədəfləri vurub.

İsrail fövqəladə hallar xidmətlərinin yaydığı məlumata görə, İranın hücumu zamanı İordan çayının qərb sahilindəki Yerixo yaxınlığındakı Nueima kəndində bir nəfər raket qəlpələrindən ölüb, 2 nəfər yaralanıb.

Qeyd edək ki, “CNN” telekanalı İranın İsrailə 500-dən çox raket atdığını yazıb.

Paylaş: