Rusiyanın Kama rayonunun Alnyaş kəndi quduz pişiyə görə karantinə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə rayonun administrasiyası məlumat yayıb.
“Alnyaş kənd sakinini pişik dişləyib. Məlum olub ki, heyvan quduzluğa yoluxub. Xəsarət alan qadın xəstəxanaya aparılaraq müalicə edilib. Hadisənin baş verdiyi ərazidə karantin rejimi tətbiq edilib. Hazırda bütün lazımi profilaktik tədbirlər görülür”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az














