İspaniyalı dahi rəssam Pablo Pikassonu tərk etmiş yeganə qadın olaraq tanınan sevgilisi Fransuaza Jilo 101 yaşında dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bir müddət ağciyər və ürək xəstəliklərindən əziyyət çəkən Jilo Manhettendəki xəstəxanada vəfat edib.
Qeyd edək ki, Jilo və Pikkasonun aralarında 40 yaş fərq olub, onların iki övladı dünyaya gəlib, amma heç vaxt evlənməyiblər. 1943-cü ildə 21 yaşı olarkən 61 yaşlı Pikasso ilə tanış olan Jilo rəssamı öz istəyi ilə tərk etmişdi. Pikasso ondan ayrılan Jilonun əsərlərinin rəsm qalereyaları tərəfindən satın alınmasını imkan verməmişdi. Hətta onun özü ilə bağlı yazdığı kitabın da yayımlanmasının qarşısını almağa çalışan Pikasso kitab çap olunduqdan sonra övladları ilə görüşməkdən imtina edib.
Ayşən Mustafa
Globalinfo.az














