Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı

Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq - Siyahı

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah – iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

Globalinfo.az bildirir ki, İranın Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyəti açıqlanıb.

Səfirlikdən verilən məlumata görə, Baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri – Cavanşir Paşazadə, Hikmət Məmmədov, Əziz Ələkbərli andiçmə mərasiminndə iştirak edəcək.

Qeyd edək ki, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.