Pezeşkianın adamından Haniyənin ölümü haqda açıqlama

Pezeşkianın adamından Haniyənin ölümü haqda açıqlama

“İsrailin HƏMAS rəhbəri İsmayıl Haniyəni öldürməsi İranın statusu üçün şillə oldu”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın seçki kampaniyasının lideri Əli Əkbər Behmaneş deyib.

“Bu hücum İranın regiondakı statusuna böyük şillə oldu. Haniyəyə hücum ölkənin nüfuzunu alçaltdı və bütün təhlükəsizlik sistemini dağıtdı”, – o bildirib.

Behmaneş həmçinin Tehranda baş verən sui-qəsdin ölkə kəşfiyyatında ciddi dəliyin olduğunu göstərdiyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az