İran Prezidenti Məsud Pezeşkian Ermənistanda səfərdədir.
Globalinfo.az xəbər verir ki, Pezeşkianı “Zvartnots” hava limanında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Məlumata görə, Pezeşkianın səfəri iki gün çəkəcək. Avqustun 19-da İrəvanda İran-Ermənistan biznes forumu keçiriləcək.
İran prezidentinin daha sonra Belarusa səfəri gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az














