İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Əli Xameneiyə qarşı istənilən hücumu İslam Respublikasına qarşı açıq müharibə kimi qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, Prezident bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu, İrana qarşı tammiqyaslı müharibəyə bərabərdir”, – deyə o bildirib.
Qeyd edək ki, İranda kütləvi etirazlar ötən ilin sonlarından başlayıb. Aksiyalar zamanı səsləndirilən şüarlar birbaşa ölkənin siyasi sistemini hədəf alıb.
Qarşıdurmalar nəticəsində həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər qeydə alınıb. Rəsmi Tehran 12 yanvar tarixində ölkədə vəziyyətin nəzarət altına alındığını açıqlayıb.
Tahir Turan
Globalinfo.az