Pezeşkiandan əvvəl azərbaycanca şeir oxumuş İran prezidenti…

Pezeşkiandan əvvəl azərbaycanca şeir oxumuş İran prezidenti...

İran Prezidenti Məsud Pezeşkianın Tehranda keçirilən mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxumasından sonra daha bir fakt gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” nəşri yazıb.

Bildirilib ki, İranın sabiq prezidenti Mahmud Əhmedinejad 2006-cı ildə Təbrizdə ikən Şəhriyarın sözügedən şeirini oxuyub. Həmin an şəhər sakinləri də Əhmedinejada qoşulub şeiri ifa ediblər.

Qeyd edək ki, Pezeşkian ötən gün azərbaycanca şeir oxuduğu üçün xəbərdarlıq alıb, lakin bir neçə misranın problem yaratmayacağını deyib.

Əliyar Xəlil
Globalinfo.az