pezeskian 12

ABŞ Prezidenti Donald Trampın göndərdiyi məktubla bağlı İran Prezidenti Məsud Pezeşkian İranın cavabının  rəsmi Vaşinqtona çatdırıldığını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” nəşri məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, İran ABŞ-la birbaşa danışıqların mümkünlüyünü açıq şəkildə rədd etsə də, dolayısı ilə danışıqlar variantı masada qalır:

“Əvvəllər də qeyd etdiyimiz kimi, İran heç vaxt dolayı əlaqə kanallarını bağlamadı. İran cavabında bir daha təsdiq etdi ki, danışıqlardan yayınmır, əksinə, ABŞ-ın dəfələrlə müqavilə və öhdəlikləri pozması bu yolda maneələr yaradıb”.

O, ABŞ-ın danışıqları bərpa etməyə çalışacağı təqdirdə, ilk növbədə keçmiş pozuntuları aradan qaldırmaqla etimadı bərpa etməli olduğunu vurğulayıb

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: