Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Makron”X” hesabında paylaşım edib.
O, telefon danışığı zamanı Pezeşkiandan İranda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını tələb etdiyini bildirib: “İran prezidenti mənə zəng edib. Mən ondan Sesil Kohler və Jak Parisin azad olunmasını tələb etdim. Biz onların Fransaya qayıtmasını gözləyirik.
Mən əminəm ki, müharibəni dayandırmaq üçün yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqları sürətləndirəcəyik”.














