HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra İran Prezidenti Məsud Pezeşkianla Fransa Prezidenti Emnanuel Makronla arasında baş tutan telefon danışığı gərgin keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Fransa prezidenti Yaxın Şərqdə gərginliyin artmaması üçün Haniyənin ölümünə görə İranı qisas yolundan çəkinməyə çağırıb.
Yelisey sarayının rəsmi məlumatında da bu məsələ vurğulanıb.
“Yeni hərbi eskalaya heç kimə, o cümlədən də İrana sərfəli deyil”, – sarayın açıqlamasında bildirilir.
Makron həmçinin deyib ki, Fransa İranın beynəlxalq öhdəliklərə əməl edəcəyi təqdirdə regionda sülh və sabitliyin təmin edilməsinə dəstək göstərəcək.
Məsud Pezeşkian isə Makrondan İsrailə Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün təzyiq göstərməyi tələb edib.
Əliyar Xəlil
Globalinfo.az














