Pezeşkian Bakı ilə imzalanmış bu sənədlərdən imtina edə bilər

Pezeşkian Bakı ilə imzalanmış bu sənədlərdən imtina edə bilər

İranın sabiq prezidenti İbrahim Rəisi Azərbaycan Prezideti İlham Əliyevlə görüşü zamanı iki ölkə arasında münasibətləri daha da möhkəmləndirməsi üçün bir neçə razılaşma imzalamışdı.

İranın yeni Prezidenti Məsud Pezeşkianın bu sazişləri icra edib-etməyəcəyi sual altındadır. Bəzi ekspertlər Pezeşkianın sazişlərdən imtian edə biləcəyini düşünür.

Yeni İran prezidentinin siyasəti necə olacaq? Əldə edilən razılaşmaya yenidən baxılacaq?

Globalinfo.az -a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, yeni prezidentin dövründə bu razılaşmaların ən azı bir hissəsinin icrası mümkündür:

“Hərçənd ola bilsin ki, Pezeşkian Rəisinin siyasi xəttini davam etdirmədiyini göstərmək üçün bu anlaşmalardan imtina etsin. Çünki Rəisi xələfindən fərqli olaraq mühafizəkar idi.

Bununla belə, nəzərə almaq lazımdır ki, Rəisinin nəzərdə tutduğu açıqlamalar əlaqələrin inkişafına, münasibətlərin normallaşmasına yönəlik idi. Yeni seçilən prezident azərbaycanlıdır. Bu, yeni dövrdə əlaqələrin qismən də olsa düzələcəyinə inam yaradır.

Pezeşkianın Azərbaycana gözlənilən səfərində bu məsələlərin də müzakirə olunacağı gözlənilir”.

Turan Rzayev
Globalinfo.az