Pezeşkian “Ayfon”la bağlı yeni qərarı dəstəklədi

Pezeşkian “Ayfon”la bağlı yeni qərarı dəstəklədi

İranda “Ayfon”a qoyulan alış qadağası ləğv edilib.

Globalinfo.az xəbər verir ki, məlumatı öz X səhifəsində İranın telekommunikasiya naziri Səttar Haşemi paylaşıb.

O yaxın vaxtlarda “Ayfon”un ölkəyə gətirilməsi şərtlərinin açıqlanacağını bildirib.

Haşemi Prezident Pezeşkianın bu qərarı dəstəklədiyini deyib.

Qeyd edək ki, İranda ilyarımdır “Ayfon”nun satışına icazə yoxdur. Qadağaya əsas səbəb kimi xarici valyutanın ölkədən çıxışının məhdudlaşdırılması olduğu bildirilmişdi.

Əliyar Xəlil
Globalinfo.az