“Bu gün İran öz kədər və sevinc şəriki, müqavimət yolunun daimi və qürurlu yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün yas saxlayır”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə münasibətdə deyib.
M.Pezeşkian bildirib ki, İran və Fələstin arasındakı əlaqə əvvəlkindən daha möhkəm olacaq:
“Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə aparıb dəfn etməliyəm. İki xalq arasındakı bağ daha da möhkəmlənəcək. Bundan sonra müqavimət və mübarizə daha güclü şəkildə aparılacaq. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”.
Ayşən Mustafa
Globalinfo.az














