Petrosyan “topu” Paşinyana atdı: “Ondan soruşun”

Petrosyan "topu" Paşinyana atdı: "Ondan soruşun"

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin Baş naziri Nikol Paşinyanın tənqidlərinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.

“Paşinyan sizin çıxışlarınıza sərt reaksiya verir, niyə?” sualını Levon Ter-Petrosyan “Bunu ondan soruşun”, deyə cavablandırıb.

Keçmiş prezident Paşinyanla bağlı bunları da deyib:

“O, məni daim təhqir, buna görə minnətdaram”.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan üç keçmiş prezidenti, eləcə də ermənilərin katolikosunu və həbs edilmiş iki arxiyepiskopu debata dəvət etmişdi.

O həmçinin, Ermənistanı müharibəyə sürükləyənlərin keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan olduğunu açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az