Petrosyan 12 iyun mitinqində necə qaçırılmasından danışdı

“Vətən naminə Tavuş” hərəkatının fəal üzvlərindən olan Suren Petrosyan iyunun 12-də keçirilən mitinqdən niyə yoxa çıxdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Petrosyan Mmitinqə gələn naməlum şəxslərin öncə ona danışmağı təklif etdiklərini, sonra isə şəxsi evə apararaq bağladıqlarını deyib.

“Parlament yaxınlığında aksiya başlamazdan əvvəl mənə zəng gəldi. Zəng edənlər mənə gəlməli olduğum ünvanı bildirdilər. Əks halda həbs edəcəkləri ilə hədələdilər. Mən həmin şəxslərə mitinq keçirilən əraziyə gəlməyi təklif etdim, daha sonra onlar məni avtomobilə mindirərək naməlum evə apardılar. Özlərini təqdim etməyi istəyəndə Milli Təhlükəsizlik Xidmətindən olduqlarını bildirdilər. Lakin heç bir vəsiqə göstərmədilər. Sadəcə mənə öz taktikamı dəyişməyi təklif etdilər”, – deyə Petrosyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az