Peskovdan Qərb açıqlaması: “Buna inanırıq”

“Kreml Qərbin Putinin sülh təşəbbüsünü nəzərə alacağına inanır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki,  rəsmi Moskva Rusiya prezidenti Vladimir Putinin sülh təşəbbüsünün Qərb tərəfindən nəzərdən keçiriləcəyinə inanır.

“Şübhəsiz ki, onlar (Qərb ölkələri – red) bunu nəzərə alacaqlar”, – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə xüsusi əməliyyat zonasında atəşkəs üçün iki şərtdən danışıb.  O bildirib ki, atəşkəs Ukrayna qoşunlarını Xerson və Zaporojye vilayətlərindən, həmçinin Luqansk və Donetskdən çıxardıqdan sonra baş verəcək. Bundan əlavə, Kiyev NATO-ya üzv olmaqdan imtina etdiyi barədə rəsmi məlumat verməlidir.

Müşviq Tofiqoğlu
Globalinfo.az