Rus sərhədçilərinin Ermənistandan çıxarılması… – Peskov

Rus sərhədçilərinin Ermənistandan çıxarılması... - Peskov

“Ermənistan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq barədə qərar qəbul etməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, İrəvanın KTMT və Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətinə diqqət çəkib:

“Rusiya Federasiyasının Ermənistanla münasibətlər qurmaq üçün siyasi iradəsi var, bu çətinliklər keçəcək. Rusiyada Ermənistandan daha çox erməni yaşayır, onlar burada sevilirlər. Ermənistan Aİİ üzvlüyündən faydalanır. Ümid edirik ki, İrəvan xarici siyasət qurarkən bunu nəzərə alacaq”.

Əliyar Xəlil
Globalinfo.az