Peskovdan növbəti Qarabağ açıqlaması

“Qarabağın mənsubiyyəti məsələsi artıq həll olunub”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Azərbaycan və Ermənistanın Qarabağla bağlı sülh razılaşması əldə etmək üçün ilkin şərtlər var, sadəcə, texniki məsələlər qalıb. Hələlik Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin regionda nəqliyyat xətlərinin açılması haqda müzakirələrin keçirilməsi üçün görüş nəzərdə tutulmayıb”, – o bildirib.

D.Peskov Qarabağda sülhməramlıların həlak olması barədə araşdırma aparıldığını qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az