Respublika Perinetal Mərkəzində baş verən yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfərdən 2-si evə buraxılıb.
Globalinfo.az bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, KTM-in Toksikologiya şöbəsinə 2 qadın və bir kişi gətirilmişdi: “Hazırda bir nəfərin müalicəsi davam edir, vəziyyəti stabildir”.














