Pentaqon Ukrayna ilə bağlı əmr aldığını açıqladı

Pentaqon Ukrayna ilə bağlı əmr aldığını açıqladı

Pentaqon Ukraynaya yardımların dayandırıldığını təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

“Bazar ertəsi 18:00-da ABŞ Müdafiə Nazirliyinə Ukraynaya artıq yola düşmüş yardımlar da daxil olmaqla, hər növ yardımın dayandırılması əmri verilib”, – deyə nümayəndə bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya yardımların dayandırılması barədə göstəriş vermişdi. Bu gün isə Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırıldığı elan edilib.

Aysel Əliyeva
Globalinfo.az