Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gəldi

Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gəldi

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, ehtimal olunur ki, Pentaqon rəhbəri qismində sonuncu dəfə Ukraynaya gələn L.Ostin Prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək.

Onlar Ukrayna ordusunun növbəti il üçün silah-sursat ehtiyacı və dəstəyin davam etdirilməsini müzakirə edəcəklər.

Eyni zamanda ABŞ ilə Ukrayna arasındakı münasibətlər də tərəflərin diqqət mərkəzində olacaq.