“Məruzənin formatı, əks olunan məsələlərlə bağlı təklifim var ki, məruzə hazırlanan zaman bütün istiqamətlər üzrə məlumatlar, problemlər tematik olaraq qruplaşdırılsın”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov deyib.
“Pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluq məsələsi diqqətdə saxlanılmalıdır. Bu sahədə müəyyən çətinliklər var. Ombudsman institutu tərəfindən bu məsələdə təkliflərin hazırlanması məqsədəuyğun olardı. Qazaxıstanda pensiya yaşına 2 il qalmış işəgötürən tərəfindən insanların işdən azad olunmasına icazə verilmir. Yanlış ştatlar ləğv olunduğu halda işdən azadolma halı ola bilər. Azərbaycanda da bu praktika tətbiq edilə bilər”, – V.Bayramov qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az














