Bakının mərkəzində avtomobillər toqquşdu, DİN məlumat yaydı – VİDEO

Bakının mərkəzində avtomobillər toqquşdu, DİN məlumat yaydı – VİDEO

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Hyundai” markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel” markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

*** 23:48

03.10.2025-ci il tarixində saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”, – deyə məlumatda qeyd olunur.

***23:09

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.