Paytaxtda iməcilik keçirildi: 547 küçə yuyuldu – YENİLƏNİB

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 30-da paytaxtda payız mövsümünün gəlişi, təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 547 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri həyata keçirilib.

***12:06

Payıq mövsümündə şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sentyabr ayının 30-da paytaxtın mərkəz ərazisində və qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən iməcilikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, qəsəbədaxili küçələr və yollar, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.

Paytaxtda iməclik keçirilib - FOTO Paytaxtda iməclik keçirilib - FOTO Paytaxtda iməclik keçirilib - FOTO Paytaxtda iməclik keçirilib - FOTO