Patruşevdən Bakı-İrəvan açıqlaması: “Müdaxiləyə cəhd var”

“Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına müdaxilə etməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bişkekdə Əfqanıstan məsələləri üzrə təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edərkən deyib.

“Qərblilərin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq istədiyini və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına müdaxilə etdiyini görürük. Bu da regionda vəziyyətin gərginləşməsinə səbəb olur”, – Patruşev bildirib.

Zaira Akifqızı
Globalinfo.az