Paşinyanla Zelenski Qranadada görüşdü – YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Vladimir Zelenski Qranadada görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski “X” platformasında yazıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanla indiyə qədər baş tutan ilk görüşümüz zamanı Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə etdik.

Ukrayna Cənubi Qafqazda sabitliyin təmin edilməsində və region xalqları ilə dostluq münasibətlərində maraqlıdır.

Biz ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələri də müzakirə etdik”, – deyə Zelenski qeyd edib.

***16:18

Ermənistan Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında Qranadada qısamüddətli görüş baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları foto yayıb.

Liderləri hər iki ölkənin XİN rəhbərləri müşayiət edib.