Rəsulzadənin məzarı ilə bağlı son durum – FOTOLAR / YENİLƏNİB

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.

Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.

***05.03.2024  15:20

Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması başa çatır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması başa çatır.

Abadlaşdırılma işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkənin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması başa çatır - FOTO