Paşinyanın yeni planı: Şəxsən rəhbərlik edəcək

Paşinyanın yeni planı: Şəxsən rəhbərlik edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinə qarşı hərəkata şəxsən rəhbərlik etmək planlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“İsa Məsihin evi it ​​yeyən, antimilli, dövlət əleyhinə qrup olan dəccal tərəfindən işğal olunub və azad edilməlidir. Mən buna şəxsən rəhbərlik edəcəm”, – deyə o bildirib

Paşinyan müraciətində Eçmiədzin Ana Taxtının rəhbərliyini kəskin tənqid edib.

Əliyar Xəlil
Globalinfo.az